Yazını böyüt
Yazını kiçilt
Göyçay şəhərində ikimərtəbəli restoranın transformatorunun yanar hissələri, 1 ədəd kondisioner və plastikdən ibarət pəncərə çərçivəsi yanıb.
Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir.
Məlumata görə, yaxınlıqda olan restoranın ikinci mərtəbəsinin lambirdən ibarət divar üzlüyü 30 m² sahədə əriyib. Restoranların qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.