Göyçayda yol qəzasında bir nəfər ölüb

22:40 20.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunun Xəlitli kəndində "Mercedes" və 2 ədəd “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Qarayev Nağı Bəhruz oğlunun meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxunma sayı 175