Gözəllik salonuna gəlib keçmiş arvadını döydü

11:46 06.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 1-də Şirvan şəhərində soyğunçuluq hadisəsi baş verib.

"Kriminalqafqaz" xəbər verir ki, şəhərin Leytenant İbrahimov küçəsində saat 13:00 radələrində 1989-cu il təvəllüdlü Şahin Dövlətalı oğlu Əsədov oradakı gözəllik salonuna gələrək keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Ülviyyə Cəfər qızı İsmayılovanı döyüb. O, daha sonra keçmiş arvadının mobil telefonunu götürərək gözəllik salonunu tərk edib.

Ülviyyə İsmayılova boşandığı ərinin onu döyməsi və telefonunu əlindən alması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 Qaynar xəttinə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.