Gürcüstanda 4,4 bal gücündə zəlzələ olub

12:08 23.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında Gürcüstanda zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Elmlər Akademiyasının Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 4,4 bal gücündə zəlzələnin episentri Ambrolauridən 7 kilometr qərbdə, Xonçiori kəndində qeydə alınıb.

Dağıntı və tələfatın olub-olmaması barədə məlumat verilmir.