Yazını böyüt
Yazını kiçilt
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 352 yoluxma halı qeydə alınıb, 3 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 649 005, ölənlərin sayı isə 16 751 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 1 627 366 nəfərin sağaldığı bildirilib.