Gürcüstanda güclü zəlzələ baş verib

23:21 13.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda 5,4 bal gücündə zəlzələ baş verib.

Hafta.az ABŞ geoloji xidmətinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 22:25 radələrində qeydə alınıb.

Dağıntı və tələfat haqqında məlumat yoxdu.

Qeyd edək ki, eyni vaxta yeraltı təkanlar Gəncə şəhərində də 3,5 bal gücündə hiss olunub.

Gürcü KİV-lərin məlumatına görə, 5,8 bal gücündə zəlzələnin episentri Tbilisidən 53 kilometr aralıda, Gürcüstanın cənubundakı Sameba kəndi yaxınlığında olub.