Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 220 min 500-ü keçib

14:39 26.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 220 min 508 nəfərə çatıb. Onların da 1784-ü son sutkada yoluxub.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, son 24 saat ərzində 4119 nəfər sağalıb, 39 nəfər isə pandemiyanın qurbanı olub. Xəstəlikdən müalicə olunanların ümumi sayı 200 min 339-a, ölənlərin sayı isə 2352-yə çatıb.

Hazırda Gürcüstanda 17 min 791 aktiv koronavirus xəstəsi var.

Bununla yanaşı, 396 nəfər karantində, kovid otellərdə 1464 nəfər var. Daha 38003 nəfər isə özünütəcrid rejimindədir.