Gürcüstanda təbii qazın qiyməti artırılır

16:46 02.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda kommersiya məqsədilə istifadə olunan təbii qazın qiyməti daha 24 tetri artırılır. Lakin bu artım çörəkbişirmə müəssisələrinə və əhali qrupuna şamil edilməyəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Energetika və Su Təchizatının Tənzimlənməsi Milli Komissiyasının sədri David Narmaniya deyib.

Onun sözlərinə görə, əhali qrupu üçün məişət qazının qiyməti 2021-ci və 2022-ci illərdə də artmayacaq. Bununla bağlı qərar qəbul edilib və həmin qərar növbəti illərdə də qüvvədə olacaq.

“Kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlər üçün təbii qazın qiymətinin artırılması üçün Milli Komissiyanın qərarına ehtiyac yoxdur. Mövcud qanunvericilik kommersiya məqsədli qazın qiymətini şirkətlər tərəfindən müstəqil şəkildə artırmağa imkan verir”, – deyə D.Narmaniya vurğulayıb.

Qeyd edək ki, 2021-ci il yanvarın 3-dən Gürcüstanda kommersiya məqsədli təbii qazın qiyməti 24 tetri artırılaraq 1 lari 10 tetri olacaq. Təbii qaz təminatçısı olan şirkətlər bunu Gürcüstan milli valyutasının dollar qarşısında dəyər itirməsi ilə əsaslandırır.

Oxunma sayı 1135
Dünya rubrikasından digər xəbərlər