Hacıların ilk qrupu bu gün qayıdır

09:00 06.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Həcc ziyarətindəki zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana yola düşüb.

Hafta.az xəbər verir ki, təyyarə yerli vaxtla saat 12:30-da Bakıya çatacaq.

Ümumilikdə 180 zəvvar ölkəmizə qayıdacaq. İkinci təyyarə yerli vaxtla saat 15:50-də yola düşəcək. 

Hacılardan ibarət digər təyyarələr gündə 2 reys olmaqla 7 və 9 iyunda yola düşəcəklər.

Xatırladaq ki, bu il ümumilikdə 1150 nəfər Həcc ziyarətinə gedib.