Hakimlərlə bağlı YENİ QAYDA

19:10 30.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hakimlərin bədən kameraları taxması barədə qayda təsdiqlənib.

Hafta.az xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) hakimlərin taxılabilən kameralardan (bodycams) istifadəsinə icazə verib.

FIFA-nın klublararası dünya çempionatında testləri müsbət nəticə verdiyi üçün milli federasiyalar tələb edərlərsə, hakimlər artıq meydançada kamera daşıya biləcəklər.