Ruslan Eyyubov ev dustaqlığına buraxılıb

14:57 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siqaret qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəhbəri Ruslan Eyyubov barəsində qərar verilib.

Hafta.az xəbər verir ki, iyunun 4-də Binəqədi Rayon Məhkəməsində qəbul edilən qərara əsasən, təqsirləndirilən Ruslan Eyyubovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib.

Təqsirləndirilən şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə saxlanılıb, ötən ilin dekabr ayında barəsində həbs qətimkan tədbiri seçilib./qafqazinfo.az/