Yazını böyüt
Yazını kiçilt
Qoşulmama Hərəkatı çərçivəsində COVID-19 əleyhinə vaksinlərlə bağlı təşəbbüsünə, məhsuldar əməkdaşlığına görə Azərbaycan Prezidenti İlham Əliyevə ürəkdən təşəkkürümü bildirmək istəyirəm.
Hafta.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Henri Klüge deyib.
"Azərbaycan koronavirusla mübarizəyə qiymətli töhfə verib. Mən çox şadam ki, Azərbaycan 2030-cu il strategiyasına uyğun olaraq səhiyyə sektoruna böyük diqqət ayırır. Azərbaycanda gündəlik yoluxma sayı çevik reaksiya və yüksək səviyyədə peyvəndləmə prosesi sayəsində günbəgün azalmaqda davam edir". - deyə o bildirib.
H.Klüge qeyd edib ki, ÜST nümayəndə heyəti tibb məntəqəsinin açılışı üçün Şamaxıya yola düşəcək.