Dünyanın bütün ölkələrində təqsirli insanları cəzalandıraraq islah etmək üçün həbsxanalar mövcuddur. Amma Həbsxanalarda şəraitin insan hüquq və normalarına uyğun gəlib-gəlməməsi, eləcə də sıxlıq faizinin yüksək və ya aşağı olması hər zaman müzakirə predmetinə çevrilib.
Hafta.az-ın “Alain”ə istinadən yazdığına görə, Dünya Həbsxanaları Xülasəsi qlobal miqyasda həbs düşərgələrindəki sıxlıq vəziyyətini əks etdirən siyahı tərtib edib. Vəziyyətin ən acınacaqlı olduğu ilk 10 ölkədən ibarət siyahını diqqətə çatdırırıq:
Siyahıda ilk yeri tutan Salvador həbsxanalarında sıxlıq normadan 1086 faiz çoxdur. İkinci yerdə qərarlaşan Kubada sıxlıq 794 faiz, üçüncü pillədəki Ruandada isə 637 faizdir.
Dördüncü olan Türkmənistan həbsxanalarında sıxlıq 576 faiz, beşinci yerdəki Amerika Samoasında 538 faiz, altıncı pillədə yer alan dünyanın ən güclü dövləti olan ABŞ-da 531 faiz, yeddinci yerdəki Panamada 499 faizdir.
Siyahıda səkkizinci yeri bölüşən Guam adalarında həbsxanalarda sıxlıq 475 faiz, doqquzuncu olan Palauda isə 428 faizdir.
Siyahıda ilk onluğu tamamlayan Uruqvay həbsxanalarında sıxlıq 424 faizdir.