Hərbçilərimiz Afrikada təlimlərə qoşuldu

12:37 03.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərakeşin Aqadir şəhərində keçirilən “Afrika Aslanı-2024” beynəlxalq hərbi təlimlərinin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Ordusunun hərbi qulluqçusu iştirak edib.

 

Hafta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələlərdən ibarət olan təlimlərdə terror qrupları ilə mübarizə əməliyyatlarına dair müxtəlif tapşırıqlar icra edilib.


Qeyd edək ki, 20-ci dəfədir keçirilən təlimlərin başlıca məqsədi regional sülhü, eləcə də beynəlxalq təhlükəsizlik və sabitliyi dəstəkləməkdir.

Siyasət rubrikasından digər xəbərlər