“Hərbçilərimiz bundan sonra da Qazaxıstanı ləyaqətlə təmsil etməyə hazırdırlar” - Əlişir Satvaldiyev

11:25 19.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bildiyimiz kimi, Qazaxıstan hərbçilərinin BMT-nin Yaxın Şərq və Cənubi Sudandakı missiyalarında iştirak etmək üçün göndərilməsi barədə qərar Qazaxıstan parlamenti palatalarının birgə iclasında qəbul edilib.

Hafta.az-ın “Kazinform”a istinadən yazdığına görə, Senatın deputatı Əlişir Satvaldiyev bildirib ki, dövlət başçısının Silahlı Qüvvələrin sülhməramlı kontingentinin BMT missiyalarında iştirak üçün göndərilməsi təklifini dəstəkləyir.

“Mən şəxsən dövlət başçısının BMT missiyalarında iştirak etmək üçün Silahlı Qüvvələrin sülhməramlı kontingentinin göndərilməsi ilə bağlı təklifini dəstəkləyirəm. Hesab edirəm ki, bu addım beynəlxalq öhdəliklərini davamlı şəkildə yerinə yetirərək, Qazaxıstanın BMT-nin tamhüquqlu üzvü kimi qlobal miqyasda rolunun artmasına kömək edir”, - deyə Ə.Satıvaldiyev bildirib.

Senator vurğulayıb ki, Qazaxıstan dünya birliyinin məsul üzvü kimi 2000-ci ildən BMT-nin himayəsi altında sülhməramlı əməliyyatlarda iştirak edir, dünyanın qaynar nöqtələrində təhlükəsizliyin və sabitliyin təmin olunmasına töhfə verir.

“Biz Beynəlxalq Münasibətlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvləri ötən ilin dekabrında Sülhməramlı Əməliyyatlar Mərkəzinin fəaliyyəti ilə tanış olduq. “Bitimger” təlim mərkəzində olarkən milli kontingentin BMT-nin sülhməramlı missiyalarında iştirak üçün hazırlandığını gördük, hərbi qulluqçuların silah-sursat, hərbi texnika və əmlakla təchizatına baxış keçirdik. Əminəm ki, sülhməramlılarımız bundan sonra da Qazaxıstanı ləyaqətlə təmsil etməyə hazırdırlar”, - deyə Ə.Satvaldiyev bildirib.

Onun sözlərinə görə, qazax hərbçilərin missiyada iştirakı Qazaxıstan Silahlı Qüvvələrinə böyük təcrübə toplamağa imkan verəcək.

“Sülhməramlılarımız nəinki münaqişələrin idarə olunması və beynəlxalq münasibətlərdə yeni bacarıqlara yiyələnirlər, həm də münaqişə zonalarının bilavasitə yaxınlığında olmaqla, digər orduların döyüş əməliyyatlarının xüsusiyyətləri və onların silahları ilə tanış olurlar”, - senator əlavə edib.

Siyasət rubrikasından digər xəbərlər