“Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsi keçirilib - FOTO

19:00 10.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun hərbi tibb işçilərinin də iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsi keçirilib.

Hafta.az-a Müdafiə Nazirliyindən verilən xəbərdə bildirilir ki, Azərbaycan hərbi həkimləri “Estafetin ən yaxşı sürücü mexaniki” adı uğrunda mübarizədə digər ölkələrdən olan həmkarları ilə birlikdə bacarıqlarını nümayiş etdiriblər.