Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb 

17:06 29.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.

 

Hafta.az xəbər verir ki, bu barədə türkiyəli diplomat "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

 

“Hikmət Hacıyevlə görüş həmişə olduğu kimi, səmimi şəraitdə keçdi. Qardaş Azərbaycanla müttəfiqlik əlaqələri və regiondakı vəziyyəti müzakirə etdik”, - paylaşımda qeyd edilib.

Siyasət rubrikasından digər xəbərlər