Hindistan polisi qatarda 3 müsəlmanı öldürdü

11:17 01.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanda Caypur-Mumbay qatarında "Dəmiryol Mühafizə Qüvvələri"nin bir polis məmuru 3-ü müsəlman olmaqla 4 nəfəri güllələyib.

Hafta.az-ın yazdığına görə, Dəmiryol Mühafizə Qüvvələrinin təhlükəsizlik işçisi Çetan Sinq Caypurdan Mumbaya gedən qatarda əvvəlcə öz iş yoldaşını güllələyib. Daha sonra qatarın vaqonlarını gəzərək təsbit etdiyi üç nəfəri müsəlman olduqları üçün güllələyərək öldürüb. 

Qırğının İslama qarşı hücum olduğu və polisin müsəlmanları qəsdən öldürdüyü dəqiqləşdirilib. Bildirilir ki, Hindistan rəhbərliyi qətliamı həyata keçirən polis məmurunun guya ruhi baxımdan anormal olduğunu əsas gətirərək ona bəraət qazandırmağa çalışıb.

Qətlə yetirilən müsəlmanların Əbdülkadir Bhanpurvala, Axtar Abbas Əli və Əsgər Kay olduğu açıqlanıb.

Polis məmuru Tika Ram Mina da dünyasını dəyişib.

Səlahiyyətlilərə görə, qətliamı həyata keçirən Sinq nəzarətə götürülüb.

Hindistan Parlamentinin (AIMIM) sədri Esaduddin Uveysi, "Bu, xüsusi olaraq müsəlmanlara qarşı yönəlmiş terror hücumudur. Bu, davam edən anti-müsəlman nifrət çıxışının və Narendra Modinin bu vəziyyətə reaksiyasının davamıdır. Cinayətkar Dəmiryol Mühafizə Qüvvələrinin əməkdaşı gələcəkdə BJP-dən namizəd olacaq? Onun girovu hökumət tərəfindən təsdiqlənəcək, sərbəst buraxılanda ona çələng veriləcəkmi?" ifadələrini işlədib.

Hindistandakı hindu millətçi və anti-İslam BJP ölkədə müsəlmanlara qarşı törədilən qırğınların baş məsulu kimi göstərilir.