Hindistanda iki qurbağa TOY-BÜSATLA EVLƏNDİRİLİB

13:00 20.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Uttar Pradeş əyalətinin Gorafpur şəhərində iki qurbağa üçün toy mərasimi keçirilib.

Hafta.az-ın CCNTurk-ə istinadən yazdığına görə, şəhər sakinləri qurbağaları evləndirməklə, uzun müddətdir quraqlıqdan əziyyət çəkən bölgəyə yağış yağdıra biləcəklərinə inanırlar. Elə bu səbəbdən də iki qurbağanı ənənəvi mərasimlə evləndiriblər. Uttar Pradeş və Bihar kimi əyalətlərdə quraqlıqdan qurtulmaq üçün qurbağaları evləndirmək kimi inancları olan hindlilərin keçirdiyi toya aid görüntülər sosial mediada böyük izləyici yığıb.

"Toy" zamanı qurbağalara səndəl ağacı yağı və sarıkök sürtülüb, xüsusi geyim geyindirilib.