Yazını böyüt
Yazını kiçilt
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında çıxışını başa vurub.
Hafta.az xəbər verir ki, komandamız Bakıda keçirilən üçüncü turun son qarşılaşmasında Portuqaliya yığması ilə üz-üzə gəlib.
Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz Gümüş Avropa Liqasında ümumilikdə altı oyun keçirib. Komanda Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Macarıstan və Portuqaliyaya isə 1:3 hesabı ilə məğlub olub.
Beləliklə, Azərbaycan yığması turniri qələbə və xal qazanmadan tamamlayıb.