Hindistanda oğulları hindu qadınla qaçan müsəlman cütlük döyülərək öldürüldü

11:50 22.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Uttar-Pradeş əyalətində yaşlı müsəlman cütlüyün, oğullarının hindu qadınla münasibəti olduğu üçün döyülərək öldürüldüyü bildirilir.

Hafta.az-ın yazdığına görə, cümə günü axşam Uttar Pradeş ştatının Sitapur şəhərində 55 yaşlı Abbas Əli və həyat yoldaşı 53 yaşlı Kamrul Nişa armatur və çubuqlarla hücuma məruz qaldıqdan sonra hadisə yerində ölüblər. Hücumu törədənlərin hindu icmasının üzvləri, o cümlədən qadının ailə üzvləri olduğu iddia edilib.

Polis cütlüyü öldürməkdə təqsirləndirilən 3 nəfərin saxlanıldığını, daha iki nəfərin isə hələ də axtarıldığını bildirib.

PTI-yə danışan Sitapurun polis rəisi Çakreş Mişra, cütlüyün oğlunun adı Rubi olan qızla 2020-ci ildə qızın hələ yetkinlik yaşına çatmadığı zaman qaçdığını söyləyib. Qızın ailəsi adam oğurluğu ittihamı ilə məhkəməyə müraciət etdikdən sonra cütlüyün oğlu Şövkət həbs edilərək həbsxanaya göndərilib.

“Abbas oğlu bir neçə gün əvvəl həbsdən çıxanda ailənin bəzi üzvləri cütlüyə hücum etməyi planlaşdırıblar”, - deyə polis rəsmiləri bildirib.

Şövkət çərşənbə günü həbsdən azad edilib. Qız Şövkətin lehinə ifadə verərkən, ailəsi cinayət işi qaldırıb.

Polis Çakreş Mişra, "Kənd sakinlərinin dediyinə görə, mərhum cütlüyün oğlu Şövkət və Rampalın qızı Yaqut arasında münasibət olub. Şövkət 2020-ci ildə Yaqutu qaçırıb. Yaqut o zaman azyaşlı idi və polis qanuni şikayətdən sonra Şövkəti həbsxanaya göndərib" deyib. Mişra əlavə edib ki, cütlük bu ilin iyun ayında qaçaraq evlənib.

Qeyd olunur ki, bu, millətçi Bharatiya Janata Partiyasının (BJP) 2014-cü ildə hakimiyyətə gəlişindən sonra ölkənin azlıqdakı müsəlman icmasını hədəf alan artan dini zorakılığının son nümunəsidir.