Hindistanda "qiyam qanunu" mübahisəsi

10:40 14.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanda hökumət Britaniyanın müstəmləkə dövründən qalma üsyan qanununun öz variantı ilə əvəzlənməsi təklifini parlamentə çıxarıb.

Hafta.az-ın yazdığına görə, daxili işlər naziri Amit Şah bildirib ki, yeni qanun Britaniyada iğtişaşlar haqqında qanunu ləğv edəcək.

Hökumətə qarşı üsyana təhrik etmək məqsədi daşıyan hərəkətləri hədəfləyən üsyan qanunu 1860-cı ildə ingilislər tərəfindən Hindistanın müstəqilliyini istəyən döyüşçüləri cəzalandırmaq üçün tətbiq olunub. Ölkə 1947-ci ildə Britaniya müstəmləkəçiliyindən azad olmasına baxmayaraq, bu qanundan indiyədək istifadə edir. Qanuna görə, təqsirli bilinən şəxs ömürlük həbs cəzasına məhkum edilə bilər.

Yeni qanunu dəyərləndirən hüquq eksperti Çitranşul Sinha hökumətin yeni qanunla “Hindistanın suveren birliyini və bütövlüyünü təhlükə altına alan hərəkətləri” cəzalandırmaq məqsədi daşıdığını bildirib.

Yeni qanunun Britaniya dövründən qalma qanunu ləğv etmədiyini, hökumətin yalnız müddəanı yenidən tənzimlədiyini deyən Sinha, “Yalnız ad dəyişir, əslində isə heç nə dəyişməyəcək” bildirib.