Yazını böyüt
Yazını kiçilt
Hindistanda müsəlmanlara qarşı son hadisə ötən gecə Carkhand əyalətinin Cəmşidpur şəhərində baş verib.
Hafta.az-ın "Mepanews"ə istinadən yazdığına görə, radikal hindu dəstələri "inək əti satdığı" iddia edərək müsəlman dükanlarına basqın ediblər. Mağazalardakı ətin toyuq əti olduğu ortaya çıxsa da, hindular müsəlmanlara aid dükanları yandırıblar.
Ən pisi isə odur ki, hindu dəstələrinin hücumundan sonra polis qüvvələri hücum edənləri deyil, çox sayda müsəlmanı saxlayıb. Mənbələrin məlumatına görə, Hindistan polisi münaqişədən sonra bölgədəki məscidə basqın edərək, imamla birlikdə namaz qılan camaatı saxlayıb.