Veysəl Qərani “Hırkai Şərif” Məscidi Xidmət Vəqfindən verilən yazılı açıqlamaya görə, hər il Ramazan ayının ilk cümə günü ziyarətə başlayan bu dini məkan saat 10:00-da qapılarını ziyarətçilərin üzünə açacaq.
Hafta.az-ın yazdığına görə, “Hırkai Şərif”ə Ramazan ayında həftə içi 10.00-17.00, həftə sonları isə 09.00-17.30 arası girmək mümkündür.
Hz. Məhəmmədin vəsiyyəti ilə Veysəl Qəraniyə hədiyyə edilən müqəddəs əmanətlərdən biri olan Hırkai Şərif 1851-ci ildən Fatih rayonunda onun adına tikilən “Hırkai Şərif” məscidində qorunur.
İslam Peyğəmbərindən əmanət edilən Hırkai Şərif bu gün Veysəl Qəraninin 58-ci və 59-cu nəslinin nümayəndələri tərəfindən qorunur və ziyarətçilərə nümayiş etdirilir.
Qədr gecəsində ziyarət təravih namazından sonra səhər saat 03.00-a qədər davam edəcək, Hırkai Şərif ziyarəti isə əsr namazından sonra qılınan dua ilə yekunlaşacaq.