Hizbullah Amerikanı hədələyir

19:14 09.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Vaşinqton İsrail və HƏMAS arasındakı münaqişəyə birbaşa müdaxilə edərsə, Hizbullah Amerikanın Yaxın Şərqdəki mövqelərinə hücum etməklə hədələyir.

AFP Hizbullahın bəyanatına istinadən xəbər verir.

Hizbullah sözçüsü ABŞ-ın döyüş gəmilərini İsrail sahillərinə yaxınlaşdırdıqdan sonra verdiyi açıqlamada "Fələstin Ukrayna deyil" deyib.

“ABŞ birbaşa müdaxilə edərsə, ABŞ-ın bölgədəki bütün mövqeləri müqavimət oxunun qanuni hədəfinə çevriləcək və bizim hücumlarımızla üzləşəcək. Və bu gün heç bir qırmızı xətt olmayacaq”, o qeyd edib.