Türkiyənin milli müdafiə naziri Hulusi Akar yunanıstanlı həmkarı Nikos Panagiotopoulosu Türkiyəyə dəvət edib.
Hafta.az-ın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, bunu Hulusi Akar jurnalistlərlə söhbətində deyib.
“Dialoq, dostluq, qardaşlıq deyəndə bunun zəifliyin təzahürü olması düzgün deyil. Hərbi nümayəndə heyətimiz iki dəfə Yunanıstanda olub, bir dəfə Ankaraya gəliblər. İndi 4-cü görüş üçün Yunanıstan nümayəndə heyətinin Türkiyəyə gəlməsini gözləyirik. Biz bu görüşlərin davam etdirilməsini təklif edirik, bəziləri isə deyir: “Qoy türklər dialoqa doğru addım atsın”. Əslində biz dialoq istəyənlərik. Brüsseldə müsbət atmosfer yaratmaq üçün Yunanıstanın müdafiə nazirini və xanımını Türkiyəyə dəvət etdim. Amma bundan narahat olanlar da var.
İnanırıq ki, Türkiyə-Yunanıstan problemləri həll oluna bilər, olmasa da, nəzarətdə saxlanıla bilər və onların ölkələrimizə, bölgəmizə və NATO-ya zərər verməyəcək şəkildə idarə olunması vacibdir”. nazir bildirib.