İcbari Tibii Sığorta ilə ailələrin övlad sahibi olmasına imkan yaradılmalıdır - Qənirə Paşeyava

11:56 09.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

”Səhiyyə Nazirliyi, TƏBİB-lə çıxış yolu tapa bilmirik. Problemin həlli üçün “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuluna ehtiyac var”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qənirə Paşayeva bildirib. 

Q.Paşayeva qeyd edib ki, bu gün sonsuz ailələrin sayı çoxalıb. Və bu da paralel olaraq dağılan ailələrin sayının artmasına təsir edir. Bu mənada deputat İcbari Tibbi Sığorta ilə ailələrin övlad sahibi olmasına imkan yaradılmasını önə çəkib. 

“Bizim ailələr belə bir dəstəyi ala bilmirlər. Övlad sahibi olmaq üçün aparılan müalicələr həddən artıq baha qiymətə başa gəlir. Ona görə də ailələrin övlad sahibi olması İcbari Tibbi Sığorta ilə öz həllini tapmalıdır”.

Deputat bu məsələnin MM-in payız sessiyasına qədər gündəmdə olmasını təklif edib.

Q.Paşayeva eyni zamanda autizimlə bağlı problemlərlə toxunub. Deputat auitizmli uşaqların sayının həddən çox olduğunu nəzərə alaraq, belə ailələrə dəstək verilməsini mühüm sayıb.