İki mümkün böyük fəlakətdən sağ çıxacaq iki ölkə açıqlandı

12:04 21.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Yeni araşdırma, mümkün nüvə fəlakətindən və ya nəhəng meteor zərbəsindən sağ çıxa biləcək ölkələri ortaya çıxarıb. Tədqiqatçılar qida ehtiyatı, iqlim, özünü təmin etmək və istehsal gücü kimi amilləri nəzərə alıblar.

The Guardian qəzetinin xəbərinə görə, araşdırmada 38 ada ölkəsi nüvə müharibəsi və asteroid vurması kimi fəlakətlərdən sonra insanların sağ qalma ehtimalını təyin etmək üçün 13 fərqli başlıq altında araşdırılıb.

Buna uyğun olaraq qida istehsalı, enerjinin özünü təmin etməsi, istehsal və fəlakətin iqlimə əks olunması kimi mövzularda belə bir vəziyyətdə yaşamaq üçün ən yaxşı yerlərin Avstraliya və Yeni Zelandiyanın olduğuna diqqət çəkilib.

Tədqiqat həmçinin, Avstraliyanın böyük ərzaq ehtiyatları sayəsində on milyonlarla insanı qida ilə təmin etmək potensialına malik olduğunu ifadə edib.

Vellinqton Otaqo Universitetinin professoru Nick Wilson, hətta ən pis ssenaridə belə Yeni Zelandiyanın məhsullarının 61 faiz azala biləcəyini, bununla belə, vətəndaşlara kifayət qədər ərzaq verilə biləcəyini söyləyib.

İslandiya, Solomon Adaları və Vanuatu da "günəş işığının qəfil azalması ilə baş verən fəlakətdən" sonra öz əhalisi üçün kifayət qədər qida istehsal edə bilən ada dövlətləri olaraq təyin olunub.
Araşdırma beynəlxalq akademik Risk Analysis jurnalında dərc olunub.