İki qardaş özlərinə xəsarət yetirdi

10:12 05.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə iki qardaş özünə xəsarət yetirib.

 

Hafta.az xəbər verir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində baş verib.

 

Belə ki, 1997-ci il təvəllüdlü Sərxan Həsənov və qardaşı 1995-ci il təvəllüdlü Qabar Həsənov hər iki qolun kəsilmiş vəziyyətində xəstəxanaya yerləşdirilib.

 

Onların yaraları tikilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Məlumata görə, hər iki şəxs hadisəni törədərkən sərxoş olub. Faktla bağlı araşdırma aparılır.