İkimərtəbəli ev yanıb

10:28 22.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qax şəhərində ümumi sahəsi 338 m² (hər mərtəbəsi 169 m²) olan ikimərtəbəli 6 otaq və mansardadan ibarət evin ikinci mərtəbəsində 3 otağın tavanı və mansardasının döşəməsi 60 m² sahədə yanıb.

Hafta.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.