İlham Əliyev Kamerunun Prezidentinə məktub göndərdi 

12:11 20.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb.

Hafta.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Kamerun Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Kamerun xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Siyasət rubrikasından digər xəbərlər