“Öz yurdundan didərgin düşmüş insanların qayıdış tarixinin təsis edilməsi bizim yaddaşımızı möhkəmləndirmiş olacaq”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elşad Mirbəşir bildirib.
O, 2016-cı il aprel döyüşlərində Azərbaycan ordusunun qəhrəmanlığı ilə Lələtəpə yüksəkliyinin azad olunduğunu xatırladaraq, əhalinin 14 iyunda Cocuqmərcanlıya məskunlaşdırılmasını böyük qayıdışın əsası, bünövrəsi kimi dəyərləndirib.
E.Mirməşir bildirib ki, böyük qayıdışın başlanğıcı olan 14 iyun tarixinin rəsmiləşməsi milli prioritetin əsasını qorumaqla, milli qayıdışın təsdiq edilməsinə təsir edər, yeni yaddaş elementi formalaşmış olardı.
E.Mirbəşir həmçinin Ermənistanın Naxçıvana sərhəd olan Arazdəyən məntəqəsində metallurgiya zavodunu tikmək istəyini növbəti geosiyasi təxribat kimi önə çəkib. O, bildirib ki, zavodun tikintisi layihəsi tək ekoloji təsirlər müstəvisində deyil, eyni zamanda regiona geosiyasi təsirləri istiqamətində təhlil edilməlidir.