İndoneziyada 5,7 bal gücündə zəlzələ olub

10:29 20.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İyulun 20-də İndoneziyanın Sumatra adasının sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin 310 minə yaxın əhalinin yaşadığı Bengkulu şəhərindən 56 kilometr cənub-qərbdə, ocağının 60 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.