İnformatika fənni buraxılış imtahanlarına salınacaq

16:29 28.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Yaxın iki il ərzində informatika fənni buraxılış imtahanlarına salınacaq”.

Hafta.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Rəqəmsal iqtidadiyyat: Müasir çağırışlar və real imkanlar" mövzusunda II Beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu, ilk növbədə informatika elmləri üzrə imtahan verəcək abituriyentlərə şamil olunacaq:

“İnformatika fənninin buraxılış imtahanlarında istifadəsi bizim üçün gərəklidir. Bununla bağlı narazılıqlar ola bilər. Amma gəlin bu narazılıqlara qarşı çıxaq”.