İnsident törədən idmançılar saxlanılıb

11:37 05.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətindən hafta.az-a bildirilib.

Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.