İntihara cəhdin qarşısı alınıb

10:30 17.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Mehdiabad qəsəbəsində 1 nəfər yeddimərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.