Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonunun Vladimirovka kəndində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-dən hafta.az-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.