Pakistanın maliyyə naziri İshaq Dar, hökumətin hələ irəliləməmiş Beynəlxalq Valyuta Fondunun (BVF) proqramının tamamlanması üçün yeni büdcə detallarını bu fondla paylaşacağını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, yerli televiziya kanallarından birinə danışan maliyyə naziri “Yenə bəzi şeylər istədilər. Deyirlər ki, büdcənin təfərrüatlarını verin, baxaq, verəcəyik” deyib.
İslamabad keçən fevral ayında 9-cu baxışı tamamlamaq üçün bir sıra fiskal siyasət tədbirlərini müzakirə etmək üçün BVF nümayəndə heyətini qəbul edib.
BVF-nin Pakistana 6,5 milyard dollarlıq proqramının bir hissəsi olan 1,1 milyard dollarlıq maliyyələşdirmə noyabrda dayandırılıb.
2023-cü ilin fevral və mart aylarında iki Çin bankından alınan kredit dəstəyindən sonra Pakistan Mərkəzi Bankının 4,3 milyard dollar valyuta ehtiyatına sahib olduğu bildirilir. Bu ehtiyatlar isə yalnız bir aylıq nəzarət edilən idxalı qarşılamaq üçün kifayətdir. Yavaşlayan Pakistan iqtisadiyyatının ÜDM artımı 2022-2023-cü illər üçün 0,29 faiz səviyyəsində qiymətləndirilir.
Qeyd edək ki, Pakistan may və iyun aylarında ödənilməli olduğu 3,7 milyard dollar xarici borcunu qaytarmalıdır. Lakin 36,5 faizlə ölkə tarixinin ən yüksək səviyyəsinə çatan inflyasiya, həyata keçirilən sərt maliyyə siyasəti sayəsində sürətlə yüksəlməyə davam edir.