İran İsraili “Xeybarşekan”la vurub

09:21 08.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran qüvvələri iyunun 7-də axşam saatlarında İsrailə qarşı həyata keçirdiyi hücum zamanı “Xeybarşekan” bərk yanacaqlı ballistik raketlərdən istifadə edib.

Hafta.az xəbər verir ki, raketin uçuş məsafəsi 1450 kilometr, çəkisi 4500 kiloqram, uzunluğu isə 10 metrdir.

Məlumata görə, “Xeybarşekan” İslam İnqilabı Keşikçiləri Korpusunun üçüncü nəsil raketləri sırasına daxildir və hava hücumundan müdafiə sistemlərini dəf etməyə imkan verən xüsusiyyətlərə malikdir.

Agentliyin məlumatında qeyd olunur ki, raket müasir müdafiə sistemlərinə qarşı effektivliyi artırmaq məqsədilə xüsusi texniki imkanlarla təchiz edilib./“Tasnim”/