Yazını böyüt
Yazını kiçilt
İyunun 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.
Hafta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirakı və çıxışı, habelə yüksəksəviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.