Yazını böyüt
Yazını kiçilt
Dubay polisi Palm Jumeirah sularından 70.000 dollarlıq Rolex saatını çıxararaq Əmirlik vətəndaşının qəhrəmanına çevrilib.
Bir qrup dost Qurban bayramını yaxtada şənlik edərək qeyd edib. Onların əyləncəsi həddi aşıb və qonaqlardan birinin bahalı Rolex saatı Palm Jumeirahın mavi sularına uçub.
Onlar vaxt itirmədən dərhal Dubay Polisi ilə əlaqə saxlayıb, polis isə qiymətli əşyanın axtarışına xilasedici dəstə göndərib. Polis dəstəsi okeanın dibini tarayaraq yarım saat sonra saatı taparaq sahibinə qaytarıb.