İş adamının əsgərlikdən qaçan oğlu ilə bağlı açıqlama - VİDEO

11:52 24.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyi törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşan və hərbi qulluqçu olduğu qeyd edilən şəxslə bağlı açıqlama yayıb.

 

Nazirlikdən hafta.az-a bildirilib ki, N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib.


Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.

 

Məlumata görə, aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycan Respublikasının qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib.

 

Qeyd edək ki, əziz Məlikovun tanınmış iş adamının oğlu olduğu bildirilir. 

 

Oxunma sayı 251