Paytaxtın elə küçələri var ki, dörd yol ayrıcında qoyulan işıqforlar görünmür. Bu da nəqliyyatın hətəkətini çətinləşdirdiyindən həmin ərazilərdə qəza hadisələrinin baş verməsinə gətirib çıxarır. Belə yerlərdən biri də Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi 19 ünvanında, dörd yol kəsişməsidir. Sağ tərəfdən yolla gələn avtomobil sürücüləri işqforu görə bilmədiyindən dayanmadan keçirlər.
Ərazidə yarım saatdan çox müşahidə apardıq. Nabələd sürücülərin heç biri qırmızı işıqda saxlamayıb keçirdilər. Çünki kiparis ağaclarının budaqları arasında işıqfor görünmürdü.
Həmin ərazidə yaşayan sakinlər dedilər ki, gecələr küçə işıqları yanmadığından yol daha da təhlükəli olur. İşıqforun işıqları görünmədiyindən sürücülər yol hərəkət qaydalarına nəzarət edə bilmirlər. Bunun da nəticəsində nəqliyyatda hərəkət qaydaları pozulur və bəzəndə qəza hadisələrinə gətirib çıxarır. Eləcə də piyadaların həmin yoldan keçməsi üçün təhlükə yaradır. Yaxşı olardı ki, işıqforun yeri dəyişdirilsin, ya da onun qarşısını kəsən ağacların budaqları kəsilsin. Sürücülər də işıqforun görünməməsindən şikayətləndilər.