İşləməkdən xəstə düşən fil öz ölkəsinə aparıldı

10:15 04.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tailandda doğulan və 2001-ci ildə ölkənin kral ailəsi tərəfindən Şri-Lanka hökumətinə hədiyyə edilən 29 yaşlı fil Muthu Raca, müalicə olunmayan xəsarətlər və həddindən artıq iş nəticəsində aldığı xəsarətlər səbəbindən ölkəsinə aparılıb.

Hafta.az-ın yazdığına görə, Buddist məbədində qalan və ağac kəsmə fəaliyyətində işlədiyi aşkarlanan 29 yaşlı Muthu Raca üçün aparılan kampaniya öz nəticəsini verib.

Tailand hakimiyyəti Şri-Lankada yerləşən Heyvan Hüquqları və Ətraf Mühitin Səfərbərliyi (RARE) fəal qrupunun kampaniyasından sonra hədiyyə olaraq göndərildiyi ölkədə baxım və müalicədən məhrum edilmiş filin geri qaytarılmasını tələb edib.

RARE-in təsisçisi Pançali Panapitiya, Şri-Lanka hakimiyyətinin vaxtında vəziyyətə müdaxilə etməməsinin ölkənin “reputasiyasına xələl gətirdiyini” və filin düşdüyü vəziyyətə görə məsuliyyət daşıyanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün vəsatət qaldırdıqlarını bildirib.

Ölkəsinə qayıdan filin sağlamlıq vəziyyətinin təqib edildiyini və sol ön ayağındakı zədə səbəbindən müalicə olunacağı qeyd olunub.

2001-ci ildə Tailand kral ailəsi Muthu Raca da daxil olmaqla üç fili Şri-Lanka hökumətinə  hədiyyə edib. Muthu Raca ölkənin cənubundakı Buddist məbədinin himayəsi altında yerləşdirilib. Məbəddə taxta daşınmasına cavabdeh olan qrupa kömək etmək üçün istifadə edildiyi deyilən filin həddindən artıq işləməkdən və bədənində artan yaralar üzündən ön ayağının şikəst olmasına baxmayaraq lazımi müalicəni almadığı məlum olub.