İsmayıllıda ev yanıb - 1 nəfər xəsarət alıb

09:53 24.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllıda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, İsmayıllı rayonunun Mücühəftəran kəndində ümumi sahəsi 168 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.