İsrailin müdafiə naziri Benni Qantz ölkəsinin Ukraynaya silah “satmadığını və satmayacağını” bildirib. Hafta.az bu barədə “Kommersant”a istinadla yazır.
Qantsın sözlərinə görə, İsrail Ukraynaya tibbi və humanitar yardım edir, lakin “kimsə İsrailin Ukraynaya silah satdığını və ya satacağını iddia edirsə”, “səhv edir”. "Mən Müdafiə Naziriyəm və İsrailin silah ixracına cavabdehəm" deyib Gantz.
Xatırladaq ki, bir gün əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı İsrailə müraciət etmək niyyətində olduğunu bildirmişdi. O təklif edib ki, İranın pilotsuz təyyarələrinin Rusiya tərəfindən istifadə oluna biləcəyini öyrənən İsrail silahla kömək edə bilər, çünki İran İsrail üçün “qırmızı xətt”dir.