Yazını böyüt
Yazını kiçilt
İsrailin xarici işlər naziri Eli Koen İsrailin Kiyevdəki səfirliyinin işini bərpa etdiyini bildirib. Bu barədə o, Telegram kanalında yazıb.
"İsrail bayrağı yenidən Ukraynadakı səfirliyin üzərində dalğalanır", - Koen deyib.
Diplomat qeyd edib ki, İsrailin Kiyevdəki diplomatik missiyası səfir Mixael Brodski ilə birlikdə yenidən açılıb.
İsrailin xarici işlər naziri səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələri gücləndirəcəyinə ümid etdiyini bildirib.