“İsrailin vəkilləri məhkəmədə yalanın bütün rekordlarını qırdılar” – Maykl Brizon

10:00 19.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailli analitik Maykl Brizon “Haaretz” qəzetində dərc olunan məqaləsində İsrail vəkillərinin Beynəlxalq Ədalət Məhkəməsindəki müdafiələrindən yazıb.

Hafta.az-ın yazdığına görə, Brizon, "İsrail vəkillərinin çıxışları zamanı poliqrafiya aparıla bilsəydilər, Haaqadakı elektrik şəbəkəsi çökərdi. İsrailli hüquqşünaslar çıxışlarında günahsızlıq iddiası ilə bağlı yalanların bütün rekordlarını qırdılar" deyib.

Brizon vurğulayıb ki, Cənubi Afrikanın İsraili soyqırımda ittiham etmək seçimi, məhkəmədə sübuta yetirilməsi demək olar ki, qeyri-mümkündür. Məhkəmənin ancaq bəzi təsirli ara qərarlar çıxaracağına ümid etmək olar.

İsrailli analitik bildirib ki, bəxt bir daha İsrailin xeyrinə olub və Cənubi Afrika Respublikası nə üçün aydın olmasa da, bütün işğal olunmuş ərazilərdə - Qəzzada, İordan çayının qərb sahilində və Qüdsdə baş verənlərdən danışmaq əvəzinə, diqqəti ancaq Qəzzada baş verənlərə yönəldib.

Siyasət rubrikasından digər xəbərlər