İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatlarına görə, keçən il fevralın 21-də yüzdə 34,92 olan su anbarlarında doluluq nisbəti bu gün yüzdə 76,25 olaraq ölçülüb. Yəni anbarlardakı doluluq keçən ilin eyni dövrü ilə müqayisədə 118 faiz artıb.
Hafta.az-ın yazdığına görə, suyun miqdarı İstirancalarda 76,68 faiz, Terkosda 71,57 faiz, Sazlıdərədə 55,29 faiz, Əlibəydə 75,32 faiz, Büyükçəkməcədə 73,08 faiz, Ömərlidə 90,23 faiz, Darlıkda 90,23 faiz, Elmalıda 89,21 faiz, Pabuçdərədə 56,8 faiz və Kazandərədə 60,68 faiz olaraq ölçülüb.
Şəhəri su ilə təmin edən və maksimum yığılma həcmi 868 milyon 683 min kubmetr olan bənd və gölməçələrdə suyun miqdarı 662 milyon 4 min kubmetr səviyyəsindədir.
İSKİ-nin statistikasına görə, 21 fevral tarixinə bənd doluluq nisbətləri 2016-cı ildə 86,79 faiz, 2017-ci ildə 86,81 faiz, 2018-ci ildə 79,91 faiz, 2019-cu ildə 91,46 faiz, 2020-ci ildə 62,18 faiz, 2017-ci ildə 86,20 faiz, 2020-ci ildə 62,18 faiz, 2021-ci ildə 50,56 faiz, 2022-ci ildə 80,37 faiz, 2023-cü ildə 34,92 faiz olduğu halda, bu günkü nisbət isə yüzdə 76,25 olaraq qeyd edilib.
Ötən il fevralın 21-də 11,69 faiz olan Əlibəy bəndinin doluluq nisbəti bu gün 75,32 faizə yüksəlib. Artım 544 faiz təşkil edib. Keçən il 32,79 faiz olaraq ölçülən Büyükçəkməcə anbarında doluluq nisbəti bu il 123 faiz artımla yüzdə 73,08 olaraq qeyd edilib və sair.
Ötən illə müqayisədə ən çox artım Kazandərədə qeydə alınıb. 21 fevral 2023-cü ildə cəmi 3,62 faiz olaraq ölçülən Kazandərə anbarında doluluq nisbəti bu il 1576 faiz artımla 60,68 faiz olaraq qeyd edilib.