“İstənilən insanın hüquqları həyat tərzindən asılı olmayaraq ciddi şəkildə müdafiə edilməlidir, həyat tərzindən asılı olmayaraq hər bir vətəndaşa hörmət, öhdəliyimizdir”.
Hafta.az-ın yazdığına görə, bu sözləri Gürcüstanın baş naziri İrakli Kobaxidze “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsini jurnalistlərə şərh edərkən bildirib.
Baş nazir, təbliğatın müəyyən təhlükələri ehtiva etməsindən irəli gələrək, qanunla onun tənzimlənməsinin prinsipial əhəmiyyət daşıdığını deyib.
“İnsan hüquqlarının müdafiəsi ilə təbliğatı bir-birindən olduqca aydın şəkildə ayırmalıyıq. Gürcüstanda insan hüquqları müdafiə olunur və ciddi şəkildə müdafiə edilməlidir. Bu, həyat tərzindən asılı olmayaraq, istənilən insana aiddir. Ancaq təbliğata gəlincə, bu qəbuledilməzdir, təşəbbüsü irəli sürülmüş qanun layihəsi məhz təbliğata aiddir. Bundan əvvəl müvafiq konstitusiya qanun layihəsinin təşəbbüsü, indi isə artıq Gürcüstan Parlamentində müzakirə edilən adi qanun layihəsi irəli sürüldü və bu çağırış parlamenti prosesi sona çatdıracaq”- deyə baş nazir bildirib.